Dünya 15:42 31.01.2023

Ermənistan MTX silah biznesi ilə məşğul olan David Qalstyanı həbs etdi

Ermənistanın hüquq-mühafizə orqanları silah biznesi ilə məşğul olan (daha çox "Patron David” kimi tanınır) iş adamı David Qalstyanı saxlayıb. 

Qaynarinfo xəbər verir ki, məlumatı "Sputnik Ermənistan”a onun vəkili Armen Andrikyan təsdiqləyib.

Bir gün əvvəl iş adamının Milli Təhlükəsizlik Xidmətinə gətirildiyi bildirilirdi. Eyni zamanda vəkil iş adamının hansı iş üzrə növbəti dəfə müstəntiqlərin diqqət mərkəzinə düşdüyünü açıqlamayıb.

Vəkil onu da bildirib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, Qalstyan son 2-3 il ərzində dəfələrlə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb.

Qalstyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir, onların uydurma olduğunu deyir. İş adamı NPO "Neytron” da daxil olmaqla, silah ticarəti üzrə ixtisaslaşmış bir neçə şirkətə sahibdir.

Alpər