Xəbər lenti

Ermənistanın əsir götürdüyü hərbçilərimizə baş çəkildi
Ölkə 12:38 28.11.2023

Ermənistanın əsir götürdüyü hərbçilərimizə baş çəkildi

"Noyabrda ayında BQXK əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş çəkiblər”.

Bu barədə Qaynarinfo-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - qurum rəsmisi əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->