Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 486 milyon manat vəsait sərf edilib.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib:
"Bu məbləğ 2023-cü illə müqayisədə 28,0 milyon manat və ya 6,1 faiz çoxdur".
Qafqaz Rafiqoğlu
Şərhlər