Xəbər lenti

Estoniya 4 ildə Ukraynanın müdafiəsinə bu qədər pul yatıracaq - Baş nazir
Dünya 22:02 09.01.2024

Estoniya 4 ildə Ukraynanın müdafiəsinə bu qədər pul yatıracaq - Baş nazir

Növbəti dörd il ərzində Estoniya Ukraynaya ÜDM-in 0,25%-i həcmində hərbi dəstək verməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” Estoniyanın Baş naziri Kaya Kallasa istinadən məlumat yayıb

"Ukraynanın bu müharibədə qalib gəlməsi üçün hər bir ölkənin 0,25% töhfə verməsi lazımdır”, - Kallas Dövlət Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Xüsusilə Kallas bütün dünya üzrə tərəfdaşları Tallinndən nümunə götürməyə çağırıb.

Baş nazirin sözlərinə görə, son aylarda insanlar müharibəyə öyrəşiblər və demokratik ölkələrdə ictimai rəy qərarların qəbulunu ləngidir. Buna görə də o, Ukraynaya dəstəyin vacibliyi ilə bağlı təbliğat işlərinin vacibliyini vurğulayıb. 

Kallasın qeyd etdiyi kimi, 2022-ci ildən Estoniya Ukraynaya 500 milyon avro məbləğində hərbi yardım edib.

"Bu, həm də təhlükəsizliyimizi təmin etmək üçün lazımdır", - deyə Baş nazir bildirib.

O, həmçinin əlavə edib ki, yaxın illərdə Estoniya Ukraynaya bərpa və əlaqəli layihələr üçün ildə 14 milyon avro verəcək.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Ukraynaya yardım edən Qərb koalisiyasının ümumi ÜDM-i Rusiya, Şimali Koreya və İranın ÜDM-dən 21 dəfə çoxdur (57 trilyon dollara qarşı 2,7 trilyon dollar). Əgər NATO ölkələri Ukraynaya yardım üçün ÜDM-in cəmi 0,25%-ni sərmayə qoysalar, bu, hər il müdafiəyə 120 milyard avro yönəldilməsinə imkan verəcək. 

"Bu, Ukraynanın qələbəsini və ədalətli sülhü təmin etmək üçün kifayət qədər böyük məbləğdir", - Kuleba izah edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->