Xəbər lenti

Evinə girən oğruları tapan şəxsə pul mükafatı söz verdi
İdman 10:20 05.12.2023

Evinə girən oğruları tapan şəxsə pul mükafatı söz verdi

İngiltərə Premyer Liqa komandası "Vest Hem" futbolçusu Kurt Zumanın evinə girən oğrular haqqında məlumatı paylaşan hər kəsə 25 min funt sterlinq mükafat verəcəyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, klubdan verilən açıqlamada fransalı futbolçunun şənbə günü ailəsi ilə birlikdə evdə olarkən evinin qarət edildiyi bildirilib. Açıqlamada oğruların ailə üçün əhəmiyyətli olan əşyaları oğurladıqları qeyd edilib və onların tutulmasına səbəb olacaq məlumat verən hər kəsə 25 min funt sterlinq mükafat təklif olunduğu bildirilib.

İngiltərə mətbuatında çıxan xəbərlərdə Zoumanın evindən 100 min funt-sterlinq dəyərində pul və zinət əşyalarının oğurlandığı deyilib.

Zuma son turda "Vest Hem"in "Kristal Palas"la liqa matçında oynamayıb və fransalı oyunçunun şəxsi səbəblərdən komandada olmadığını açıqlanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->