XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sem Altman: Bəşəriyyət süni intellekt üzərində nəzarəti itirə bilər
Texnologiya17:55 14.09.2026

Sem Altman: Bəşəriyyət süni intellekt üzərində nəzarəti itirə bilər

Bəşəriyyət süni intellekt (Al) üzərində nəzarəti itirə və ya hakimiyyətin ayrı-ayrı şəxslərin, şirkətlərin və ya dövlətlərin əlində həddindən artıq cəmləşməsi ilə üzləşə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın texnologiya şirkəti “OpenAI”nin baş direktoru Sem Altman “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, belə bir ssenarinin qarşısını almaq üçün Al-ın təhlükəsizliyini və insan maraqlarına uyğunluğunu təmin edən metodların inkişafı modellərin öz imkanlarının inkişafından daha sürətli olmalıdır.

“Bunun nəticələri son dərəcə distopik ola bilər”, deyə Altman əlavə edib.

Eyni zamanda o bildirib ki, Al hazırlayan bir ölkənin və ya bir şirkətin həddindən artıq təsir gücünə sahib olması halında da təhlükə yarana bilər.

Bundan əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson texnologiya korporasiyaları arasındakı rəqabətin dünyanı “geri dönüş nöqtəsi”nə yaxınlaşdırmasından ehtiyat edərək Sİ sənayesindən ayrılıb.

İyul ayında Altman süni intellekt uğrunda yarışda dünyanın “sinqülyarlıq nöqtəsinə” çatdığını açıqlamışdı. Texnoloji sinqüllarlıq — texnoloji inkişafın idarəolunmaz və geri dönməz xarakter alacağı və bunun sivilizasiyada ciddi dəyişikliklərə səbəb olacağı fərziyyəsidir.

Aydın