Xəbər lenti

Ekonomiks 15:13 12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

"Avro-Asiya İnşaat Kooperasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 646 883,55 manat təşkil edir. 

"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC 15 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Şirkətin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Lakin o, ASC-nin sahibi deyil.

"Evrascon” ASC-nin sahibi kimi daha çox baş nazirin keçmiş müavini Abid Şərifov tanınır. Bu barədə mediada kifayət qədər məlumat yer alıb. Abid Şərifov isə özü mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib. Lakin onun bu açıqlaması səmimi qəbul olunmayıb. Çünki "Evrascon” ASC "Azərkörpü” ASC-nin bazasında yaradılıb. Bu ASC-nin isə Abid Şərifova bağlı olduğu sirr deyil. 

Bundan başqa, mediada gedən araşdırma materiallarında göstərilir ki, "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədi Abid Şərifovun xanımına məxsusdur. Başqa bir fakt isə "Evrascon" ASC-nin əvvəllər yerləşdiyi hüquqi ünvanla bağlıdır. Məlumatlara görə, şirkət əvvəllər Şərifovlarla eyni ünvanda - Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73-də qeydiyyatda olub. 

Ötən il şirkətin 1 milyondan artıq vergi borcu olub. Həmin vaxt yayılan məlumatlarda şirkətin borca görə şirkətin rəhbərinə "stop” qoyulduğu qeyd edilib. ASC-nin borcunun daha da artaraq 3,6 milyona çatması şirkətin artıq əvvəlki gücündə olmadığını göstərir. 

Abid Şərifov 1995-ci ildə 2018-ci ilədək baş nazirin müavini vəzifəsində işləyib. 

Seyid
--> -->