Xəbər lenti

İdman 14:33 15.07.2022

Fabreqas B Seriyasında çıxış edəcək

Ötən mövsüm "Monako"dan ayrılandan sonra azad agent statusu alan və karyerasını bitirməyə hazırlaşan Sesk Fabreqas futbol oynamağı davam etdirmək niyyətinə düşüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki,  ispaniyalı yarımmüdafiəçi İtaliyaya getməyə hazırlaşır. Onun "Komo" ilə müqavilə bağlamaq üzrə olduğu bildirilib. 

Karyerası ərzində "Barselona", "Çelsi", "Arsenal" kimi klubların formasını geyinmiş Fabreqası İtaliyaya aparmaq istəyən şəxs isə İngiltərə millisinin sabiq üzvü Dennis Vaysdır. "Komo" ötən mövsüm İtaliya B Seriyasını 13-cü pillədə bitirib. Komanda sonuncu dəfə A Seriyasında 2002/03 mövsümündə çıxış edib və o vaxtdan bəri iki dəfə iflasa uğrayıb. Sonuncu dəfə 2017-ci ildə yenidən qurulan kollektiv hazırda B Seriyasında çıxışını davam etdirir. Vays isə üç il əvvəl bu kluba məsləhətçi kimi qoşulub. Sonradan burada inzibatçı kimi çalışmağa başlayıb.

"Sky Sport Italia"nın məlumatına görə Fabreqas, keçən ay təqaüdə çıxmağı düşünürdü, lakin görünür, veteran futbolçu karyerası hələ bitmək fikrində deyil.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->