Xəbər lenti

İdman 20:02 05.08.2026

"Sabah"ın "Orhus" ilə matçı planlaşdırılan vaxtdan gec başlayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.

"Report"un məlumatına görə, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi saat Bakı vaxtı ilə saat 20:30-da yox, 21:00-da start götürəcək.

Buna səbəb Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusun gecikdiyi bildirilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->