Xəbər lenti

Ekonomiks 12:47 05.05.2022

FED faiz dərəcəsini artırdı: Dollar bahalaşacaqmı? - İqtisadçı ekspert

"Azərbaycanda dollar-manat məzənnəsində ciddi dəyişikliyin olacağını düşünmürəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Ehtiyat Sisteminin (FRS) faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,5-0,75%-ə çatdırılmasından danışarkən deyib. Ekspert bunun səbəbini Azərbaycanda dolların məzənnəsinin manata qarşı inzibati qaydada tənzimlənməsi ilə izah edib:
 
"Burada bazar qaydaları yoxdur, yalnız inzibati tənzimləmə mexanizmləri fəaliyyət göstərir. Ona görə də bir dəyişiklərin olacağını düşünmürəm. Amma digər valyutalara nisbətən manatın möhkəmlənməsi mümkündür”.
 
Qeyd edək ki, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,5-0,75%-ə çatdırıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->