Xəbər lenti

Ekonomiks 23:58 13.12.2023

FED qərarını açıqladı: Dollar bahalaşacaqmı?

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

"Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda deyilir.

Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->