Xəbər lenti

Ekonomiks 22:30 04.05.2022

FED uçot dərəcəsini artırdı: Dollar bahalaşacaq

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,5-0,75%-ə çatdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2022-ci ilin martında olub. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2% səviyyəsinə qaldıracağını gözləyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->