Çinin Çuçjou şəhərindən olan yaşlı fermer süni intellektin (Al) məsləhətlərinə əməl etdikdən sonra məhsulunu itirib. 40 hektar sahədə yetişdirilən bütün küncüt məhv olub.
Qaynarinfo bu barədə "Tomshardware" nəşrinə istinadən xəbər verir.
67 yaşlı fermer alaq otları və zərərvericilərlə mübarizə barədə Al-dan məsləhət alıb. Tətbiq ona alaq otlarını məhv etmək üçün “yüksək effektiv flupirimetalin” və “flusulfasulfaat”dan istifadə etməyi, onları “tiametoksazin” və “metil duzu” ilə qarışdırmağı tövsiyə edib. Fermer məlumatı yoxlamadan süni intellektin tövsiyəsinə olduğu kimi əməl edib.
Al-ın səhv məsləhətinin nəticələri çox tez üzə çıxıb. Artıq ertəsi gün həm alaq otları, həm də küncüt şitilləri məhv olub. Fermer bunun səbəbini Şİ-dən soruşduqda, sistem problemin səbəblərindən birinin “flusulfasulfaat” ola biləcəyini bildirib.
Kənd təsərrüfatı sahəsində çalışan ekspertlər izah ediblər ki, bu kimyəvi maddə əsasən soya sahələrində enliyarpaqlı alaq otlarına qarşı istifadə olunur. ABŞ Kənd Təsərrüfatı Nazirliyi küncütü də enliyarpaqlı bitkilər kateqoriyasına aid edir. Bu isə onun həmin herbisidin təsirinə həssas olduğunu göstərir.
Bundan başqa, sözügedən kimyəvi maddə yalnız zərərvericilərin olduğu sahələrə məqsədli şəkildə püskürdülmək üçün nəzərdə tutulub və bütün əraziyə tətbiq edilməməlidir.
Fermer bildirib ki, süni intellekt ona verdiyi tövsiyələrin mümkün riskləri barədə xəbərdarlıq etməyib.
Aydın
Şərhlər