"İndiki zamanda 50 yaşa çatmaq asan deyil. 50 yaşım var və belə gözələm. Yaşımı gizlətmirəm. Yaş ötdükcə insan həyatı anlayır. Həmişəki kimi uşaqxasiyyətli, zarafatcıl Fədayəyəm. Zarafatla deyirəm ki, 50 yaş 2 aylığındayam. Moskvada idim, ad günümü tək qeyd etdim. Düşündüm ki, Azərbaycana gələrəm, burada dostlarımı yığıb ad günü edərəm".
Bu sözləri müğənni Fədayə Laçın Axşam.az-a açıqlamasında deyib. Sənətçi ilk dəfə belə böyük ad günü keçirdiyini bildirib:
“Mənim üçün ad günü önəmli deyil. Amma bu dəfə dostlarımı bir araya yığmaq istədim. Həyatda heç səhvim olmayıb (gülür). Səhvsiz insan yoxdur. Böyük səhv odur ki, kiməsə pislik edəsən, ev yıxasan. Mənim isə bilərəkdən bunu etdiyim olmayıb. Adi səhvlərim o qədərdir... Keçmişimə qayıtmaq istəmirəm. O qədər insanlar var ki, onları həyatımdan silərdim. Ad günümə dəvət etdiyim hamı mənə əzizdir".
F.Laçın duet ortağı Tacir Şahmalıoğlu və bacısı İlahə Fəda arasındakı qalmaqaldan danışıb:
"Onlar arasında nə olub, bilmirəm. Bacım mənə görə əsəbiləşmişdi. Mən də mehribanlıq olsun istəyirəm. İstəyirəm problem olmasın. Mənə görə dalaşmasınlar".
Oğlu Əlhəmdən danışan ifaçı "Oğlumu evləndirmək istəyirəm. Amma belə fikrimiz yoxdur. Əlhəm məndən ağıllıdır. Evlənmək işini ona buraxmışam. Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar. Burax mənə, gec olsun, uğurlu olsun. Ona inanıram, ona buraxmışam" sözlərini bildirib.
Rusiyadakı həyatından bəhs edən sənətçi "Gözə gəlirəm. Evim, biznesim, heç nəyim yoxdur. Restoran götürdüm, işlədə bilmədim. Mənə orada toy daha çoxdur” sözlərini əlavə edib.
Şərhlər