Maqazin 10:02 25.06.2022

Fəzail Ağamalının "gilas dərdi"nə KVN-çi belə cavab verdi (VİDEO)

Milli Məclisin deputatı Fəzail Ağamalının "Gilas ala bilmirəm” açıqlamasına tanınmış KVN-çi, Əməkdar artist Bəhram Bağırzadə aktyor oyunu ilə cavab verib.
 
Qaynarinfo xəbər verir ki, sosial şəbəkə hesabında Bəhram Bağırzadə restoronların birində gilas yediyi yerdə video paylaşıb.
 
Bir ədəd gilası hissə-hissə bıçaqla doğrayaraq orasına-burasına baxa-baxa yeyən aktyor sonda gözlənilmədən onun saplağını da yeyir. 
 
Video izləyicilərin marağına səbəb olub. 
 
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı bazarlarda bahalaşmanın olduğunu etiraf edib. O, "Yüksək əmək haqqı alan bir insan kimi etiraf edib ki, mən imkan edib mövsümi meyvələrdən ala bilməmişəm. Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!” – deyə bildirib.

Bahar