XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hər 5 aptekdən birində nöqsanlar tapıldı
Ölkə21:10 06.10.2026

Hər 5 aptekdən birində nöqsanlar tapıldı

Ötən ay yoxlanılan apteklərin 26-da aşkarlanan pozuntularla bağlı inzibati protokollar tərtib olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Qaynarinfo-a bildirilib ki, ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 105-i planlı, 5-i plandankənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.