Xəbər lenti

FHN
Ekonomiks 17:30 06.07.2026

FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Shopstore" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cərimələnməsi barədə protokol yazıb.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Yanğın Nəzarəti Xidməti MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə inzibati xəta haqqında protokol tərtib edib. İşə məhkəmədə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, FHN tərəfindən "Shopstore" MMC-də yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkarlanıb. Yanğın-texniki müayinə aktına əsasən, şirkətin tabeliyində olan klubda yanğın zamanı insanların xəbərdar edilməsi üçün quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşdırılmış və müvafiq lisenziyaya malik təşkilat tərəfindən illik texniki baxış keçirilməyib. Bundan əlavə, obyektin daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Shopstore" MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 350 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 60 manat olan "Shopstore" MMC-nin qanuni təmsilçisi Soltanov Ramil Əlisəfa oğludur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->