Xəbər lenti

İdman 18:20 06.07.2026

"Real Madrid" Haalandı transfer etmək istəyir

"Real Madrid"in prezidenti Florentino Peresin "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın transferində maraqlı olduğu bildirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, Peres 2026-cı il FIFA Dünya Çempionatında Norveç millisinin heyətində uğurlu çıxış edən Haalandın performansını yüksək qiymətləndirib. Hücumçu Braziliyaya qarşı keçirilən görüşdə 79 və 90-cı dəqiqələrdə vurduğu qollarla komandasının 2:1 hesablı qələbəsində əsas rol oynayıb və Norveçin 1/4 finala yüksəlməsinə kömək edib.

Xəbərdə bildirilir ki, Florentino Peres yaxın ətrafına Haalandın "Mançester Siti" ilə müqaviləsində yer alan sərbəstqalma maddəsi sayəsində transferinin mümkün ola biləcəyini deyib. İddiaya görə, klub rəhbəri norveçli futbolçunu Kilian Mbappenin hücumdakı tərəfdaşı kimi komandaya cəlb etməyi nəzərdən keçirir.

Haaland dünya çempionatında vurduğu yeddi qolla bombardirlər yarışında Kilian Mbappe və Lionel Messi ilə birlikdə "Qızıl buts" uğrunda mübarizə aparır.

Məqalədə həmçinin "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi qeyd olunur. Futbolçunun klubla müqaviləsi 20 iyun 2027-ci ilədək qüvvədə olsa da, yeni müqavilə üzrə tərəflər hələ razılığa gələ bilməyiblər.

İddialara görə, Vinisius bonuslar daxil olmaqla Mbappenin qazandığı təxminən 30 milyon avroya yaxın maaş tələb edir. Klub isə maliyyə siyasətinə görə bu məbləği ödəməyə hazır deyil.

Xəbərdə qeyd edilir ki, dünya çempionatından sonra Florentino Peres Vinisiusla gələcəyi barədə görüş keçirməyi planlaşdırır. Əgər braziliyalı futbolçu ayrılmaq qərarı versə, "Real Madrid"in əsas transfer hədəfləri arasında Erlinq Haaland və Maykl Olise olacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->