Xəbər lenti

Fındıq kollarını niyə məhv edirlər? - Ekspert
Ölkə 16:36 04.09.2023

Fındıq kollarını niyə məhv edirlər? - Ekspert

"Azərbaycanda fındıqçılıq məhsuldarlığı qonşu Gürcüstan, Türkiyə ilə müqayisədə aşağıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O, bu sahənin monopoliyada olduğunu qeyd edib: 

"Monopolistlər fındığın emalı ilə məşğul olurlar. Belə olan halda dünya bazarında fındığın qiyməti ucuzlaşanda alış qiymətini də ucuzlaşdırırlar. Sahə  gəlirli olmayanda fermerlər biganə yanaşırlar. Əksəriyyəti də bu sahə ilə məşğul olmur”. 
 
Ekspert bildirib ki, bəzi fermerlər fındıq kollarını məhv ediblər: 

"Fındıq kollarının yerində başqa iş qurublar. Qlobal istiləşmə son vaxtlar Azərbaycanda bu sahələrə daha mənfi təsir edir. Bu il fındıq məhsulu istehsalı azalıb. Sahələrin genişləndirilməsi hesabına fındıqçılığı genişləndirmək olmaz”.

Ekspertin sözlərinə görə, bununla bağlı 3-4 il əvvəl qərar qəbul edilib, fındıq sahələrini genişləndirdilər, küllü miqdarda vəsait qoydular, amma əsas şeyi nəzərə almadılar.
 
"İstəlinən sahəni gərək əsaslı inkişaf etdirəsən. Bu gün qlobal iqlim dəyişməsi baş verib və öz təsirini Azərbaycana göstərib. Aqrotexniki qaydalara yeni şəraitdə əməl etmək lazımdır. Şərait dəyişib”, deyə ekspert vurğulayıb.

İqtisadçı hesab edir ki, vaxtı-vaxtında sahədə suvarma işləri aparmaq, minerallarla təminat, zərərvercilərdən, xəstəliklərdən qorumaq üçün lazımı tədirlər görülməlidir: 

"Sahələrin genişləndirilməsi hökumətdə bir arxayınlıq yaratdı. Düşündülər ki, istehsal artacaq. Digər tərəfdən də nə baş verdi? Son bir neçə ildə fındığn alış qiyməti 3 dəfəyə yaxın azaldı. Əgər hökumət qərar qəbul edəndə fındığın 1 kilosu dünya bazarında 16 dollar idisə, indi hardasa 5 dollar yarım olub. Bu o deməkdir biz daha çox istehsal etməliydik”. 

Vahid Məhərrəmlinin sözlərinə görə, məhsuldarlıq artmadığı üçün fermerlərin gəliri azalıb: 

"Fındığı əvvəlki qiymətə sata bilmirlər. Biri var 3 dəfə baha, biri də var 3 dəfə ucuz satasan. Ən azı 3 dəfə məhsuldarlığı artırmaq lazımdır”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->