XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şəmkirdə avtomobil qadını vuraraq öldürdü
Ölkə21:30 23.09.2026

Şəmkirdə avtomobil qadını vuraraq öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.