XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qazaxda biçilmiş taxıl sahəsi yandı (VİDEO)
Ölkə22:24 23.09.2026

Qazaxda biçilmiş taxıl sahəsi yandı (VİDEO)

Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.