Xəbər lenti

İdman 13:19 12.03.2024

Futbolçunu başı ilə vuran məşqçi qovuldu (VİDEO)

İtaliya A Seriyasında matç zamanı rəqib komandanın oyunçusunu vuran "Leççe"nin baş məşqçisi Roberto Daversa istefaya göndərilib.
 
Qaynarinfo-nun məluamtına görə, bu barədə klubdan açıqlama verilib. Açıqlamada "Verona" ilə qarşılaşmada rəqib komandanın hücumçusu Tomas Anriyə baş zərbəsi endirən 48 yaşlı italiyalı baş məşqçinin qovulduğu bildirilib.
 
Daversa final fitindən sonra "Verona"nın hücumçusuna yaxınlaşaraq ona başı ilə zərbə endirmişdi. Hadisədən sonra dava düşmüş, hakim məşqçi və futbolçuya qırmızı vərəqə göstərmişdi.

"Leççe" - "Verona"ya matçı rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->