Xəbər lenti

Gələn həftə daha 5 rayonda
Ekonomiks 13:00 21.05.2022

Gələn həftə daha 5 rayonda "Azəriqaz"ın “Açıq mikrofon"u qurulacaq

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir. 

Qaynarinfo xəbər verir ki, növbəti həftə (23-27.05.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Aksiya həftənin birinci günü Astara rayonunda (Astara  şəhəri, Park-Bulvar, Bayraq Meydanı), ikinci günü Lerik rayonunda (H.Əliyev küçəsi, Mədəniyyət Evinin qarşısı), 3-cü günü Lənkəran rayonunda (Lənkəran şəhəri, Həzi Aslanov Parkı), 4-cü günü Biləsuvar rayonunda (Səməd Vurğun küçəsi, İncəsənət məktəbi) və 5-ci günü isə Masallı rayonunda (Masallı şəhəri, Qarabağ küçəsi 17) saat 11:00-dan 12:00-dək baş tutacaq. 
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->