Xəbər lenti

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
Ölkə 17:55 22.03.2022

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1983-cü il təvəllüdlü T.Nuruşov, həyat yoldaşı 1993-cü ildə anadan olmuş A.Nuruşova, övladları - 2012-ci il təvəllüdlü M.Nuruşov, 2010-cu ildə anadan olmuş A.Nuruşova və uşaqların nənəsi 1966-cı il təvəllüdlü X.Nuruşova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->