Xəbər lenti

Gəncədə tələbə futbol oynayarkən həyatını itirdi
Ölkə 23:28 21.02.2026

Gəncədə tələbə futbol oynayarkən həyatını itirdi

Gəncədə universitet tələbəsi vəfat edib.

Qaynarinfo "Teleqraf"a istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü, Quba rayonundan olan Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.

Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə yerləşdirilib.
Gəncin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.
--> -->