Xəbər lenti

Lənkəranda ailə faciəsi: Əvvəlcə arvadını, sonra özünü güllələyib öldürdü
Ölkə 23:55 21.02.2026

Lənkəranda ailə faciəsi: Əvvəlcə arvadını, sonra özünü güllələyib öldürdü

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Qaynarinfo Apa-ya istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.
Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.
--> -->