İdman 17:00 10.08.2022

Güləşçilərimiz finala vəsiqə qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz finala vəsiqə qazanıb. 
 
Qaynarinfo xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl medal üçün yarışacaqlar.
 
Digər güləşçimiz Alyona Kolesnik (59 kq) isə gümüş medal qazanıb.

Əliabbas Rzazadə (57 kq) isə təsəlliverici görüşdə seneqallı Omar Fayeyə "tuşe" ilə qalib gələrək bürünc medalı boynundan asdırıb.
 
Səbuhi Həsənov