Xəbər lenti

Gürcüstanın keçmiş naziri Tiflisdə etiraz aksiyaları zamanı saxlanıldı
Dünya 11:50 29.04.2024

Gürcüstanın keçmiş naziri Tiflisdə etiraz aksiyaları zamanı saxlanıldı

Gürcüstanın Avropaya inteqrasiya üzrə keçmiş naziri Aleksi Petriaşvili Tiflisdə "xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

Qaynarinfo bu barədə "Exo of Caucasus”a istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) bildirdiyinə görə, Petriaşvili 166 və 173-cü maddələrlə saxlanılıb: xırda xuliqanlıq və polisə tabe olmamaq.

Etirazçıların hasarı sökməyə cəhd etməsindən sonra Gürcüstan parlamenti yaxınlığında vəziyyət gərginləşib. Nümayişçilər isə öz növbəsində hakim "Gürcü arzusu” partiyasının mitinqi üçün quraşdırılmış səhnəyə çıxmaq istəyirlər. Mitinq bu gün, aprelin 29-da baş tutmalıdır.

Qeyd olunur ki, bu gün ikinci oxunuş çərçivəsində parlamentdə "xarici agentlər haqqında” qanun layihəsinin də müzakirəsi başlayacaq. Eyni zamanda, səsvermə tarixləri hələlik məlum deyil.

Hələ aprel ayında Gürcüstan parlamenti birinci oxunuşda "xarici agentlər haqqında” qanun layihəsinə yaşıl işıq yandırıb və bu, təkcə Avropa İttifaqı (Aİ) və NATO-nun deyil, həm də yerli əhalinin də hiddətinə səbəb olub. Avropa rəsmilərin dəfələrlə qeyd etdiyi kimi, qanunun qəbulu ölkə üçün Avropaya inteqrasiya yolunda maneə ola bilər.

Bu arada hakim Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Qaribaşvili bildirib ki, ölkə Aİ-yə dəvət olunarsa, Gürcüstan qanun layihəsinə yenidən baxmağa və ya ləğv etməyə hazırdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->