Xəbər lenti

Dünya 13:08 22.01.2024

HƏMAS girovların qarşılığında İsraildən təslim olmasını tələb edir - Netanyahu

Bazar günü, yanvarın 21-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın girovların azad edilməsi şərtlərini qəbuledilməz adlandırıb. 

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Girovlarımızın azad edilməsi müqabilində HƏMAS müharibənin dayandırılmasını, qoşunlarımızın Qəzzadan çıxarılmasını və bütün qatillərin və təcavüzkarların azad edilməsini tələb edir. Və HƏMAS toxunulmaz qalsın. Mən HƏMAS vəhşilərinin təslim olma şərtlərini qəti şəkildə rədd edirəm", deyə Netanyahu bildirib.

Öz növbəsində HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri "Reuters" agentliyinə bildirib ki, İsrail liderinin Qəzzada hərbi əməliyyatı dayandırmaqdan imtina etməsi "əsirlərin geri qaytarılması şansının olmaması deməkdir”.

Xatırladaq ki, yanvarın 16-da İsrail və HƏMAS girovlar üçün dərmanla bağlı saziş imzalayıb. Noyabrın 24-dən dekabrın 1-dək davam edən atəşkəs zamanı tərəflər HƏMAS girovlarını İsraildə fələstinli məhbuslarla bir neçə dəfə dəyişdiriblər.

240 israilli və əcnəbi vətəndaşdan 130-a yaxını hələ də Qəzzada girov saxlanılır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabrda səkkizinin amerikalı olduğunu bildirib.

Dekabrın 21-də HƏMAS bildirib ki, İsrail hərbi əməliyyatını başa çatdırana qədər əsir mübadiləsi ilə bağlı heç bir müzakirəyə razı olmayacaq. Yanvarın 8-də NBC yazıb ki, HƏMAS liderinin müavini Saleh əl-Arurinin Beyrut yaxınlığında öldürülməsi girovların azad edilməsi ilə bağlı danışıqları təhlükə altına qoyub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->