Siyasət 15:46 09.08.2022

Hikmət Hacıyev Laçının Zabux kəndi ilə bağlı paylaşım etdi (FOTO)

"Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında "Times” qəzetində reportajı. İşğaldan sonra Yaxın Şərqdən ermənilərin köçürülməsi yolu ilə qanunsuz məskunlaşma aparılıb”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

"Əlyazmalar yanmaz!”, - o əlavə edib.