Siyasət 15:10 19.09.2022

İlham Əliyev BP-nin regional prezidentini “Dostluq” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Counz Robert Qərinin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri "Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qəri Counz BP-nin regional prezidentidir.