XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu (FOTO)
Ölkə19:54 17.08.2026

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu (FOTO)

İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, İ.Xasməmmədli 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə bakalavr, 2014-cü ildə isə "Elektrik təchizatı" ixtisası üzrə magistr təhsili alıb.


O, 2016-2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika kafedrasında müəllim, 2021-ci ildə "Azərişıq" ASC-nin "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim vəzifəsində çalışıb.
İlham Xasməmmədli avqustun 14-dən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edir.