XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda ilin ilk yarısının demoqrafik mənzərəsi - RƏQƏMLƏR
Ekonomiks15:37 17.08.2026

Azərbaycanda ilin ilk yarısının demoqrafik mənzərəsi - RƏQƏMLƏR

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər və ya 0,1 % artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.

İyul ayının əvvəlinə əhalinin 4,6 %-i Naxçıvan Muxtar Respublikasının, 22,9 %-i Bakı şəhərinin, 9,3 %-i Lənkəran-Astara, 8,6 %-i Abşeron-Xızı, 7,3 %-i Qarabağ, 7,1 %-i Mərkəzi Aran, 6,6 %-i Qazax-Tovuz, 6,1 %-i Şəki-Zaqatala, 5,8 %-i Gəncə-Daşkəsən, 5,4 %-i Quba-Xaçmaz,

5,2 %-i Mil-Muğan, 4,9 %-i Şirvan-Salyan, 3,2 %-i Dağlıq Şirvan, 3 %-i Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Bu ilin yanvar-iyun ayları ərzində 2085 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib.

Həmin müddətdə Azərbaycandan 1 159 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 926 nəfər təşkil edib.

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bildirilib ki, cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşmüşdür.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.

Məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda 19 min 224 nikah, 9 min 776 boşanma qeydə alınıb.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz (4,0), Lənkəran-Astara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.