Xəbər lenti

İnsanlarla savanna filləri arasında savaş başlaya bilər
Dünya 21:26 09.08.2026

İnsanlarla savanna filləri arasında savaş başlaya bilər

"PNAS Nexus" jurnalında dərc olunan yeni araşdırma Cənubi Afrikada sayları bərpa olunan təxminən 290 min savanna fili ilə sürətlə artan insan əhalisi arasında yaranan qarşıdurma risklərini təhlil edib.

Qaynarinfo-nun məlumatına görə, alimlər bildirirlər ki, sürətli urbanizasiya və kənd təsərrüfatı sahələrinin genişlənməsi vəhşi heyvanların yaşayış areallarını daraldır. Nəticədə insanlar və fillər eyni əraziləri paylaşmağa məcbur qalır ki, bu da münaqişələrin sayını artırır.

Araşdırmada Namibiya, Botsvana, Anqola və Zambiya sərhədlərində yerləşən 38 yerli icmada 2004–2020-ci illər arasında qeydə alınan hadisələr öyrənilib. Tədqiqat əsasən fillərin əkin sahələrinə ziyan vurması ilə bağlı münaqişələri, onların mövsümi xüsusiyyətlərini və ərazi amillərini qiymətləndirib.

Risk yağışlı mövsümdə daha yüksəkdir

Toplanan məlumatlar göstərir ki, əkin sahələrinin genişlənməsi ilə fillərin məhsullara zərər vurması arasında birbaşa əlaqə var.

Tədqiqatın nəticələrinə görə, gözlənildiyinin əksinə olaraq, bu cür qarşıdurmalar ən çox quraqlıq dövründə deyil, yağışlı mövsümdə baş verir.

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi nəticəsində su ehtiyatlarının azalması da fillərin yaşayış məntəqələrinə və əkin sahələrinə yaxınlaşmasına səbəb olan əsas amillərdən biridir.

2085-ci il üçün narahatedici proqnoz

Tədqiqat çərçivəsində hazırlanan modellər göstərir ki, əhalinin artımı və iqlim dəyişikliyi mövcud templə davam edərsə, 2085-ci ilə qədər yüksək riskli ərazilərin sahəsi 33 faizdən 100 faizə qədər arta bilər.

Müəlliflər bildirirlər ki, risk zonalarının əvvəlcədən müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi həm savanna fillərinin qorunması, həm də bölgə əhalisinin dolanışıq mənbələrinin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->