Xəbər lenti

Ekonomiks 16:50 30.07.2026

"İntaş Construction and Solutions"un bank hesabına həbs qoyuldu

Bakıda fəaliyyət göstərən tikinti və mühəndislik şirkəti olan "İntaş Construction and Solutions” MMC-nin hesabına həbs qoyulub.

Qaynarinfo-nun məlumatına görə, "İntaş Construction and Solutions” MMC-nin tərəfdaşı olduğu şirkətlərdən birinə 70 953 manat məbləğində borc yaranıb.

Bildirilir ki, 2024-cü ildən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh borcu ödəməyib. Bu səbəbdən cavabdehə məxsus əmlakın üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edilib.

Məhkəmənin qərardadına əsasən, "İntaş Construction and Solutions” MMC-nin əmlakına, əməkhaqqının və dövlət büdcəsinə məcburi ödənişlərin (vergi, sosial sığorta və s.) həyata keçirilməsinə məhdudiyyət qoyulmamaq şərti ilə, iddia tələbinin əsas borc məbləği olan 70 953 manat həddində həbs qoyulub. Qərardadın dərhal icra edilməsi tapşırılıb.

Qeyd edək ki, qanuni təmsilçisi İsmayıl İnan olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşısında 28 301,83 manat vergi borcu da mövcuddur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->