Ölkə 10:23 05.11.2022

İntihara cəhd edən məktəb direktoru işdən çıxarıldı (FOTO)

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

Qaynarinfo xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumatı APA-ya təsdiqləyiblər.

Onun hansı səbəbdən işdən çıxarıldığı hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət öncə Mətanət Qarayevanın təhsil idarəsinin təzyiqləri səbəbindən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.