Dünya 18:15 08.10.2022

İnvestorlar Krımı tərk edə bilərlər - Deputatın şərhi

"Rusiya ilə Ukraynanı birləşdirən körpü Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bir tərəfdən bu Avropanın ən uzun körpüsüdür, digər tərəfdən körpü Rusiya ilə Krım arasında yeganə infrastruktur əlaqəsi idi”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Rusiya üçün Krım körpüsünün iqtisadi əhəmiyyətindən danışarkən deyib. Deputat bildirib ki, körpüdə olan partlayış bir tərəfdən Rusiya ilə Krım arasındakı iqtisadi əlaqələri, o cümlədən yüklərin daşınmasına birbaşa təsir göstərəcək:



"Çünki bu artıq quru yolla körpü vasitəsi ilə yüklərin daşınmasına imkan verirdi. Artıq körpü bərpa edilən müddətə qədər Rusiya Krımla əlaqəni halnız hava üzərindən və dəniz vasitəsi ilə qurmaq imkanına malik olacaq. Bu, iqtisadi baxımdan Rusiya ilə Krım arasındakı əlaqələrin cidd şəkildə minimumlaşdırılmasına gətirib çıxaracaq. Digər tərəfdən bunun həm də psixoloji təsirləri var. Alma-Ata bəyannəməsinə əsasən də Krım Ukrayna ərazisi sayılır. Bu baxımdan Krımda yaşayan, investisiya qoyuluşu həyata keçirən iş adamları üçün də psixoloji baxımdan bir təsir kimi də qiymətləndirirə bilər”. 

Vüqar Bayramov hesab edir ki, baş verən hadisə Krımdan növbəti dövrdə sərmayələrin axınına səbəb ola bilər: 

"Bu baxımdan son düzən və körpüdə partlayış fonunda Krım iqtisadiyyatında geriləmələrin davam edəcəyi proqnozlaşdırılır. Xüsusən də gözlənilir ki, Rusiya daxili investisiyaların bir qismi mərhələli şəkildə Krımı tərk edə bilərlər”. 

Bahar Rüstəmli