Xəbər lenti

İrakli Qaribaşvili çirkli pulların yuyulmasında ittiham olunur
Dünya 14:23 24.10.2025

İrakli Qaribaşvili çirkli pulların yuyulmasında ittiham olunur

Gürcüstan Baş Prokurorluğu Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə qarşı xüsusilə külli miqdarda qanunsuz gəlirlərin yuyulmasında ittiham irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə baş prokuror Giorgi Qvarakidze brifinq zamanı bildirib.

"Qaribaşvili gizli şəkildə müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olub və xüsusilə külli miqdarda qanunsuz gəlir əldə edib", deyə o bildirib.

Keçmiş baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "c" bəndi ilə ittiham irəli sürülüb ki, bu da xüsusilə külli miqdarda gəlir əldə etməklə bağlı cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasını nəzərdə tutur.

Qaribaşvili ittihamlar üzrə günahını tam etiraf edib. Prokurorluq 1 milyon lari məbləğində girov müəyyən edib ki, bu məbləğ nağd və ya daşınmaz əmlakla ödənilə bilər. Bundan əlavə, cavabdeh Gürcüstan pasportunu hüquq-mühafizə orqanlarına təhvil vermək və səyahət qadağası da daxil olmaqla əlavə öhdəliklərə məruz qalıb.

Daha əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin korrupsiyaya qarşı mübarizə agentliyinin direktoru Emzar Qaqnidze, Qaribaşvili də daxil olmaqla, keçmiş yüksək vəzifəli Gürcüstan rəsmilərinin evlərində axtarış aparıldığını və axtarışlar zamanı 7 milyon dollardan çox pul, 198 zərgərlik və saat, bahalı rəsm əsərləri və sənədlərin müsadirə olunduğunu açıqlamışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->