Dünya 19:09 28.11.2022

İran xüsusi xidmət orqanlarının “Qətər əməliyyatı” - Etirazçılar staidonlara buraxılmır

İran hakimiyyəti Qətərdə keçirilən futbol üzrə dünya çempionatında iranlı etirazçıların stadiona daxil olmasının qarşısını alır. 

Qaynarinfo İrandakı mənbələrə istinadən xəbər verir ki, ölkənin xüsusi xidmət orqanları bu məsələdə Qətərin güc strukturları ilə əməkdaşlıq edir.

"Bəsic” Müqavimət Təşkilatının sədr müavini Qasim Qureyşinin səs yazısı da bu faktı təsdiq edir. 

Məlumat üçün deyək ki, Qasim Qureyşi bir qrup jurnalistlə söhbətində iranlı etirazçıların Qətərdə stadionlara buraxılmaması üçün bu ölkənin xüsusi xidmət orqanları ilə birgə iş apardıqlarını deyib. O, həmçinin İran futbolunun əfsanəsi sayılan Əli Daeini ölkədəki aksiyaları dəstəklədiyinə görə təhqir edib.

Qasim Qureyşinin səs yazısı "Fars” agentliyinin məlumat bazasından götürülüb. "Black Reward” haker qrupu agentliyinin məlumat bazasını sındırıb. Qasim Qureyşinin səs yazısı olan audio fayl da bu zaman ələ keçirilib. 

Seyid