Xəbər lenti

Tanınmış jurnalistə yüksək vəzifə verildi
Ölkə 22:42 15.06.2026

Tanınmış jurnalistə yüksək vəzifə verildi

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.

Qaynarinfo Ölke.az-a istinadən xəbər verir ki, bu barədə televiziyanın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"ın bədii rəhbəri vəzifəsinə gətirilib. 

42 yaşlı N.Qafuroğlu bu təyinat qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb.

Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.
--> -->