Dünya 18:02 20.04.2023

İranda bahalaşma davam edir

Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, bu ölkədə ərzaq məhsulları sürətlə bahalaşır. Paralel olaraq ölkədə qıtlıq müşahidə olunur. 

İranda mağazaların qarşısında uzun növbələrin yaranması da bahalaşma və qıtlıqla izah edilir. 

Hazırda İran mediasında əsas müzakirə mövzusu toyuğun bahalaşmasıdır. İran hakimiyyətinə yaxın "Təsnim" agentliyi yazır ki, lüks mağazalarda toyuq ətinin 1 kiloqramı 100 min tümənə (4,02 AZN) satılır. 

Toyuq ətinə görə mağazaların qarşısında uzun növbələr yaranıb. 

Ekspertlər bahalaşmanı İran iqtisadiyyatının çöküşü ilə izah edirlər. Onların fikrincə, həm sanksiyalar, həm də iqtisadiyyatın düzgün qurulmaması ölkədə bahalaşmaya və qıtlığa səbəb olub. 

Onların fikrincə, proses bu cür davam edəcəyi təqdirdə ölkədə sosial partlayış baş verə bilər. 

"Azadlıq Radiosu”nun İran bölməsi xəbər verir ki, parlamentin aqrar komissiyasının üzvü Cəlal Mahmudzadə deyib ki, toyuq əti üçün növbələr seçki növbələrindən uzun olacaq. Deputat bununla bahalşmanın davam edəcəyinə işarə edib. 

Seyid