Dünya 21:24 16.08.2022

İranda su qıtlığına qarşı etirazlar davam edir: “Rəisiyə ölüm!”

İranın qızmar yayında su qıtlığına etirazlar bu dəfə Şəhrekordda davam edir.

Qaynarinfo bu barədə "Iranintl” saytına istinadən xəbər verir.

Şəhrekord sakinləri iki həftədən artıqdır içməli suyun kəsilməsinə və şəhərdən suyun başqa ərazilərə daşınmasına etiraz olaraq Çaharmahal-Bəxtiyari əyalət valiliyinin qarşısına toplaşaraq hakimiyyətə qarşı sərt şüarlar səsləndiriblər.

Şəhrekord İranın dağlıq və su ilə zəngin ərazilərindən biridir və hazırda resursların idarə edilməsində səriştəsizlik ucbatından su qıtlığından əziyyət çəkir.

İran İnternational xəbər telekanalına göndərilən məlumatlara, şəkillərə və videolara görə, avqustun 16-də Şəhrekord içməli suyun kəsilməsinə etiraz edənlər Çaharmahal-Bəxtiyari valiliyi qarşısında keçirdikləri mitinqdə də "Qubernatora ölüm” və "Rəisiyə ölüm" kimi şüarlar səsləndiriblər".

Məlumata görə hamişəki kimı bu etiraz da başqa etirazlar kimi polis və təhlükəsizlik qüvvələri tərəfindən sərt qarşılanıb.

Aprel ayında bu vilayətin bir qrup vətəndaşı Şahrekord şəhərində toplaşaraq əllərində "Mafiyaya ölüm” yazılmış plakatlar tutaraq əyalətdən su nəqli planlarına etiraz edən şüarlar səsləndiriblər.

Rəsmilər hesab edirlər ki, su qıtlığının səbəbi son vaxtlar baş vermiş daşqın və bu bölgədə su infrastrukturunun dağıdılmasıdır, lakin bu şəhərin sakinlərinin fikrincə, "Gülab" tunelinin tikintisi və bölgədən suyun İranın mərkəzi İsfahan, Kaşan və Yəzd şəhərlərinə daşınmasıdır.

Qeyd edilir ki, İranın mərkəzində yerləşən Yəzd, Kirman, İsfahan, Semnan kimi Fars səhra şəhərlərində tikilmiş iri sənaye sahələrini su ilə təmin etmək üçün mərkəzi hökumət çoxsaylı kanallar tikməklə İranın əsasən ərəblər, lorlar və kürdlərin məskunlaşdığı Əhvaz, Şəhrekord və İlam kimi qərb və cənub-qərb bölgələrindn suyu İranın mərkəzi bölgələrinə ötürür. Bu da ölkənin qərb və cənub-qərb rayonlarında geniş su qıtlığı və quraqlığa səbəb olur.

Aydın