Dünya 12:02 13.11.2022

İrandakı aksiyalarda ölənlərin sayı açıqlandı

İranda davam edən etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN İran insan haqları təşkilatlarının Norveç qrupunun (IHRNGO) məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, indiyədək 326 nəfər ölüb. Hüquq müdafiəçiləri bu sayın "mütləq minimum” olduğunu bildirib. Ölənlərdən 43-ü uşaq, 25-i qadındır. 

Qeyd edək ki, Məsha Əminin polis tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün bölgələrində etiraz aksiyaları keçirilir.

Aydın