Xəbər lenti

İrlandiyalı futbolçuların qələbədən sonra oxuduğu mahnı qalmaqala səbəb oldu
İdman 11:18 13.10.2022

İrlandiyalı futbolçuların qələbədən sonra oxuduğu mahnı qalmaqala səbəb oldu

İrlandiyanın qadınlardan ibarət millisinin dünya çempionatında Şotlandiyanı məğlub etdikdən sonra paltardəyişmə otağında oxuduğu mahnı kəskin etirazlara səbəb olub.

Qaynarinfo xəbər verir ki, tarixində ilk dəfə böyük turnirin final mərhələsinə vəsiqə qazanmış irlandiyalı xanımların sevinci xaos yaradıb. Futbolçuların soyunub-geyinmə otağında "Ooh ah, up the Ra" şüarları ilə rəqs etdiyi anın görüntüləri sosisal şəbəkələrdə yayılıb. Etirazlara səbəb isə mahnının bir çox ölkələr tərəfindən terror təşkilatı sayılan IRA (İrlandiya Respublika Ordusu) tərəfindən isifadə olunmasıdır. 

Görüntülər yayıldıqdan sonra İrlandiya Futbol Assosiasiyası və komandanın meneceri Vera Pauv üzr istəyib. Pauv videonu sosial şəbəkədə paylaşan futbolçunun xaosdan sonra göz yaşlarına boğulduğunu və hadisənin komandanın uğurlarına kölgə saldığını bildirib.

IRA terror təşkilatının məqsədi İrlandiya Respublikası ilə Şimali İrlandiyanı Birləşmiş Krallıqdan ayıraraq müstəqil İrlandiya Dövləti yaratmaq idi. IRA, Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmasını müdafiə edən və 1969-cu ildə eyniadlı strukturun ləğvi ilə ortaya çıxan separatçı təşkilatdır. Müstəqilliyin silahlı mübarizə yolu ilə əldə oluna biləcəyini ilk dəfə irəli sürən təşkilat 2005-ci ildə yalnız siyasət sahəsində mövcud olacaqlarını açıqlamışdı. Lakin IRA-dan ayrılan R-IRA 2009-cu ildə 2 İngilis əsgərini güllələyərək silahlı mübarizənin davam etdiyini açıqlamışdı.

ABŞ IRA-nı 2002-ci ildə terror təşkilatları siyahısından çıxarsa da, 2009-cu ildə təşkilat yenidən həmin siyahıya daxil edildi. IRA Avropa İttifaqı, Böyük Britaniya və İrlandiyada da qeyri-qanuni terror təşkilatı kimi tanınır.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->