XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şirvanda zavodda partlayış: Ölən və yaralanan var
Ölkə08:46 24.07.2023

Şirvanda zavodda partlayış: Ölən və yaralanan var

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hərbi sursatın partlaması nəticəsində Mehman Əhmədov hadisə yerində ölüb.
Şirvan şəhər, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.