XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərinə baxış keçiriblər
Siyasət19:06 11.09.2026

Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərinə baxış keçiriblər

Diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində Azərbaycanın tanınmış nümayəndələri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxış keçiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir.

Diplomatlara bildirilib ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və orada onları metal qırıntısı kimi əritməyə cəhd göstərilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində abidələr Azərbaycana qaytarılıb.

Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa şəhəri işğaldan azad edildikdən sonra əvvəlki yerlərinə qaytarılıb.