XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Övladlarının ata soyadından imtinasından danışdı: "Onların hər biri müstəqil fərddir" (FOTO)
Maqazin21:20 11.09.2026

Övladlarının ata soyadından imtinasından danışdı: "Onların hər biri müstəqil fərddir" (FOTO)

Uzun illər böyük eşq yaşadığı və sonda evləndiyi keçmiş əri ilə arasında başlayan mübarizə illər keçməsinə baxmayaraq, hələ də başa çatmayıb. Bir tərəfdən aktyorluq karyerasını subay ana kimi davam etdirən məşhur ulduz, digər tərəfdən altı övladına ən yaxşı təhsili və gələcəyi təmin etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, Ancelina Coli altı övladının “tamamilə özünəməxsus fərdlər” olduğunu deyib və hər biri ilə böyük qürur duyduğunu bildirib.

51 yaşlı aktrisa “L’Officiel” jurnalına verdiyi yeni müsahibəsində Maddoks (24), Paks (22), Zaxara (21), Şaylo (20) və 18 yaşlı əkizləri Noks və Vivyeni böyütməsi barədə danışıb.

Övladlarının öz yollarını seçməsindən “qürur duyduğunu” bildirən Coli deyib: “Məncə, ən vacib məsələlərdən biri, əslində, onların qarşısını kəsməməkdir. Valideyn olaraq çox şey etməyə çalışırsınız, eyni zamanda öz həyatınızdan ayrı bir həyatı olan və zehnində böyük potensial daşıyan həmin insanın yoluna çıxmamağa çalışırsınız. Onları dəstəklədiyinizə əmin olmaq istəyirsiniz".

Artıq bütün övladlarının yetkinlik yaşına çatdığını bildirən Coli öz həyatı üçün də yeni addımlar atmağı səbirsizliklə gözlədiyini və uşaqlarının bunu tam dəstəklədiyini söyləyib:

“Daha çox əlaqə qurmağı və bir icmanın parçası olmağı həqiqətən sevirəm və bunu səbirsizliklə gözləyirəm. Tətil edən, alış-verişə gedən və ya buna bənzər şeylər edən biri deyiləm. Daha çox sahə işi, daha çox səyahət və sadəcə dünyanın içində olmağı arzulayıram. Motosikletimə qayıtmaq, təyyarəyə minib getmək...”

Ancelina Coli daha əvvəl bütün övladlarının onun azad və xoşbəxt həyat yaşamasını istədiyini, hətta təkliyinə görə narahat olaraq onu sevgili tapmağa təşviq etdiklərini də söyləmişdi.

Onun sözlərinə görə, bu vəziyyət dəyişməyib və altı övladı məşhur aktrisaya hər məsələdə daha çox dəstək verməyə davam edir:

“Uşaqlarımın qəti şəkildə istədiyi şey budur! Onların “ana”ya ehtiyacı olduğu vaxtlarda yanlarında idim. İndi isə məndən yerli sənətçilərlə görüşmək üçün təyyarə ilə Tunisdən onlara zəng etməyimi istəyirlər".

Ancelina Coli bir müddətdir ABŞ-dakı həyatına vida etməyə hazırlaşır. Məşhur aktrisa Nyu-York və Los-Ancelesdəki mənzillərini bir-bir satır və deyilənə görə, “bir müddət köçəri həyat sürmək” istəyir:

“Kambocadakı fondumla daha aktiv, şəxsən iştirak etdiyim işlərə və sahə fəaliyyətlərimə qayıdacağam. Əslində, daimi məskunlaşmaq planım yoxdur".

Ancelina Coli və Bred Pitin üçü övladlığa götürülmüş, üçü isə bioloji olmaqla altı övladının uzun illərdir ataları ilə görüşmədiyi bildirilir.

Məşhur cütlüyün ayrılıq prosesi və bundan sonra yaşananlara görə ataları Bred Piti məsul tutan övladlarının onun soyadından belə imtina etdiyi qeyd olunur.

Cütlüyün övladlarından Maddoks, Şaylo, Zaxara və Vivyen atalarının soyadından istifadə etməmək üçün hüquqi addımlar atıblar. Paks və Noks isə hələlik belə bir addım atmayıb.

Aktrisanı yaxından tanıyan şəxslər Colinin Pit ilə mübahisə etmək istəmədiyini və “qəzəbli olmadığını” bildiriblər:

“O, sadəcə hər kəsin sağalmasını istəyir. İnsanlar bütün həqiqəti bilsəydilər, uşaqlara qarşı daha çox anlayış və hörmət göstərərdilər. Onların pis danışmaması və yaşananları ictimaiyyətlə bölüşməməsi sadəcə nə qədər əxlaqlı olduqlarını göstərir".

Digər tərəfdən, Pit Colidən boşandıqdan sonrakı dövrün onun üçün çətin keçdiyini açıq şəkildə dilə gətirib. Bred Pit ötən ay “Esquire” jurnalına verdiyi müsahibədə ayrılıqlarından on il sonra “ailə məsələləri” ilə mübarizə apararkən intihar düşüncələrinin ağlına gəldiyini söyləyib.

“Ağrı o qədər boğucu idi ki — əslində bunu etməyəcəkdim, amma bunu hiss edə bilirdim — başımın içində o soyuq güllə nüvəsini hiss edirdim və bu mənə bir növ rahatlıq hissi verirdi".

Jurnalist ondan uşaqlara dair məsələlərlə məşğul olub-olmadığını soruşduqda Pit “Ailə məsələləri. Gəlin bunu belə saxlayaq” cavabını verib.

Məşhur aktyor həmin müsahibədə uzun illər alkoqol problemi yaşadığını və bu vərdişindən imtina etdiyini, lakin son bir neçə ildə yenidən spirtli içki qəbul etməyə başladığını da etiraf edib.

Aydın