Xəbər lenti

İsmayıllıda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ölkə14:42 16.10.2026

İsmayıllıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıllı rayonu ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Gunxeber.Az-a istinadən xəbər verir ki, qəza Muğanlı-Qəbələ-İsmayıllı avtomobil yolunun 35-ci kilometrliyində qeydə alınıb.

Hadisə zamanı “Ford Fusion” və “Opel Astra” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində sürücü Eldar Yusifov və Elçin Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hər ikisi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.