Elektrik qiymətləri hər il artdıqca, elektrik enerjisinə qənaət edən texnologiyalara sərmayə qoymaq daha cəlbedici görünür.
Lakin bundan əvvəl edilə biləcək daha sadə bir neçə addım var: Evinizdə fərqində olmadan daha çox enerji sərf edən əşyaları müəyyənləşdirmək.
Bir çox elektron cihaz və məişət texnikası istifadə edilmədikdə elektrik şəbəkəsinə qoşulduqda enerji sərf etməyə davam edir. Buna "fantom yük" deyilir. Hətta söndürülmüş ağıllı enerji ölçən cihazlar belə az miqdarda (1-2 vatt) enerji çəkə bilər.
İstifadədən sonra cihazları elektrik şəbəkəsindən çıxarmamaq ödənişləri artıran səbəblərdəndir.
Qaynarinfo xəbər verir ki, texnologiya saytı "SlashGear" istifadə etdikdən sonra mütləq elektrik şəbəkəsindən çıxarılması tövsiyə olunan cihazları sıralayıb:
Televizorlar
Televizoru söndürdükdə onun tamamilə sönəcəyini düşünə bilərsiniz. Halbuki müasir ağıllı televizorlar gözləmə rejimində belə enerji sərf edir.
İstehsalçı TCL-yə görə, televizorlar söndürülmüş vəziyyətdə olarkən belə 0.5 ilə 3 vatt arasında enerji sərf etməyə davam edir. Televizorda daim yanan kiçik işıq bu sərfin göstəricisidir.
Enerjiyə qənaət üçün televizorun yuxu rejiminə keçməsini təmin edən ayarları aktivləşdirə bilərsiniz. Lakin real olaraq sıfır enerji sərfiyyatı üçün yeganə həll televizoru elektrik enerjisindən ayırmaqdır.
İnternet modemləri
Modemlər adətən 24 saat açıq qalır, çünki evdə bir çox cihaz daim internet bağlantısından istifadə edir. Lakin modemlər də saatda 5 ilə 20 vatt arasında enerji sərf edə bilər.
ABŞ-da orta elektrik qiyməti kilovattsaat üçün təxminən 13 sent təşkil etdiyi halda, modemi yalnız gecələr söndürmək belə illik bir neçə dollar qənaət edə bilər. Elektrikin daha bahalı olduğu Kaliforniya kimi bölgələrdə isə bu məbləğ daha da yüksək ola bilər.
Tətilə çıxarkən və ya gün ərzində evdə olmayacağınız hallarda modemi söndürmək önəmli ola bilər.
Şarj cihazları
Şarj cihazları istifadə olunmur kimi görünsə də, elektrit şəbəkəsinə qoşulu olduqda enerji sərf edə bilərlər. Şarj prosesi bitsə belə, cihaz şəbəkədə qaldığı müddətcə "damcı şarj” (trickle charging) adlanan proseslə az miqdarda enerji çəkməyə davam edir.
Bundan əlavə, ucuz və keyfiyyətsiz şarj cihazları yanğın riski yarada bilər. Buna görə yalnız qənaət baxımından deyil, təhlükəsizlik baxımından da şarj cihazlarını istifadə etmədikdə elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur.
Günay
Şərhlər