Xəbər lenti

Dünya 22:34 05.05.2022

İsveçrə bankı Rusiyanın 11 milyard dollarlıq aktivlərini dondurdu

İsveçrənin Credit Suisse bankı Rusiyanın Ukraynaya işğalı ilə əlaqədar tətbiq etdiyi sanksiyalar çərçivəsində birinci rübdə 10,4 milyard frank (10,63 milyard dollar) müştəri aktivini dondurub.

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki bu barədə bankın cümə axşamı dərc olunmuş maliyyə hesabatında deyilir.

"Sanksiyalara görə, 2022-ci ilin birinci rübündə 10,4 milyard İsveçrə frankı dəyərində aktivlər "dondurulmuş” statusuna keçirilib", - Credit Suisse bildirib.

Bankdan həmçinin deyilib ki, hazırda aktivlərin idarə edilməsi biznesinin 4%-dən az hissəsi rus müştərilərinə məxsusdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->